Məlumatlar

Troponinlər tropomiozin ilə birlikdə skelet və ürək əzələsinin yığılıb açılmasının tənzimlənməsində rol oynayan struktur proteinlərdir. Troponin

T
I
C-dən ibarət troponin kompleksi aktin və miozinin kalsium vasitəsilə aktivləşməsini təmin edir

Kardioloji troponinlər ürək əzələsi zədələnməsinin həssas və spesifik markerləridir. 2000-ci ildə
European Society of Cardiology/ American College of Cardiology (ESC/ACC) tərəfindən kəskin miokard infarktı diaqnozunda,
ACC/American Heart Association (AHA) tərəfindən isə qeyri-stabil stenokardiya diaqnozu və izlənilməsində standart göstərici kimi qəbul edilmişdir.

Kliniki həssaslığının yüksəkliyi ürək əzələsində digər markerlərə nisbətən yüksək səviyyədə aşkar olunması , sağlam insanlarda isə səviyyəsinin çox aşağı olması ilə əlaqəlidir.

Kəskin miokard infarktı zamanı
Troponin-I
3-6 saat ərzində yüksəlir
14-18 saat ərzində ən yüksək həddə çatır
5-10 günə normal həddə qayıdır

Troponin-T
3-6 saat ərzində yüksəlir
10-48 saat ərzində ən yüksək həddə çatır
10-15 günə normal həddə qayıdır

 

08 Avq, 2019

Kardioloji göstəricilər


Hər hansı bir molekulun kardioloji göstərici kimi istifadə olunmasıi üçün bir sıra xüsusiyyətlərə malik olmalıdır. Ölçülməsi asan olmalıdır Tez təyin olunan olmalıdır Həssas və spesifik olmalıdır Qanda müəyyən bir müddət… Ətraflı
09 Avq, 2019

LDH – Laktatdehidrogenaz

Orqanizmin bütün toxumalarında tapılan sitoplazmatik ferment olub, qlikoliz prosesinin sonunda yaranan piruvatın anaerob şəraitdə laktata çevrilmə prosesinin katalizatorudur. LDH-ın aktivliyi kəskin miokard infarktından 24-48 saat sonra yüksəlməyə başlayır, 3-6 günə… Ətraflı
Sizə necə kömək edə bilərik?
Don`t copy text!