TİBBİ BİOKİMYA
Bioloji kimya (biokimya) – canlı orqanizmlərdəki maddələrin kimyəvi tərkibini və xassələrini, onların çevrilmələrini və həm də orqanizmlərin həyat fəaliyyətinin əsasını təşkil edən kimyəvi prosesləri və maddələr mübadiləsini öyrənən elmdir.
İMMUNOLOGİYA
İmmunologiya bölməsi klinik diaqnostika və immunologiya sahəsində geniş spektrli laborator testlerin interpretasiyasını həyata keçirir.
HEMATOLOGİYA VƏ HEMOSTAZ
Hematologiya- qanı, qanyaranma orqanlarını və qan xəstəliklərini öyrənən bölmədir.
ONKOMARKERLƏR
Onkomarkerlər – xərçəng toxumasından ifraz edilərək qan dövranına və ya bədən mayelərinə daxil olan spesifik molekullardır.
ALLERQOLOGİYA
Allergiya həyat keyfiyyətini və ya məktəb yaşlarında fərdi qazanc səviyyəsini aşağı salan sağlamlıq problemidir. Rastgəlmə tezliyi sürətlə artmaqdadır.
NEONATAL SKRİNİNQ
Anadangəlmə metabolik xəstəliklər protein, karbohidrat və yağ turşularının sintezi və ya katabolizmində defekt nəticəsində yaranan patoloji mənzərədir.
TİBBİ MİKROBİOLOGİYA
Klinik-mikrobioloji laboratoriyalarda infeksion xəstəliklərin diaqnozunun müəyyənləşdirilməsində, müalicə və profilaktika prinsiplərinin hazırlanmasında mühüm işlər aparılır.
MOLEKULYAR MİKROBİOLOGİYA
Polimeraz zəncirvari reaksiya (PZR) alınan nümunədə hətta çox az miqdarda olan DNT-nin amplifikasiyasına və mikroorqanizmin müəyyənləşdirilməsinə imkan verən bir üsuldur.
TOKSİKOLOGİYA VƏ TERAPEVTİK DƏRMAN MONİTORİNQİ
Terapevtik dərman monitorinqi (TDM) – qanın tərkibindəki dərman konsentrasiyasının ölçülməsinə ixtisaslaşan klinik kimya və klinik farmakologiya bölməsidir.