Elmi məqalələr

Qastroenteritə ən çox səbəb olan enterik adenoviruslar adenovirus tip 40 və adenovirus tip 41, F qrupuna aiddir. Enterik adenovirusların səbəb olduğu xəstəlik rotavirus qastroenteritinə bənzəyir, ancaq daha az ciddi və diareya daha uzunmüddətli olur. İnkubasiya müddəti 3-10 gün olub digər viruslarda olan 1-3 günlük müddətdən daha uzundur. Xəstəlik tipik olaraq 5-12 gün davam edir. Rotavirus infeksiyasına nisbətən dehidratasiya daha az olur.

Enterik adenovirus infeksiyası ən çox 2 yaşdan kiçik uşaqlarda görülür. Adenoviruslar yenidoğulmuşlarda və uşaqlarda kəskin qastroenteritlərin 2-8% -ində, xəstəxanaya gətirilən uşaqların 4-15%-ində görülür. Xəstəxanalarda və uşaq baxçalarında epidemiyalar olduğu bildirilmişdir. Enterik adenoviruslar tip 40 və tip 41 infeksiyaları mövsimi bir xüsusiyyət göstərməyərək, bütün il boyu görülə bilir.

12 Okt, 2019

Mioqlobin

Mioqlobin ürək və skelet əzələsinin oksigen birləşdirici proteinidir. Skelet əzələsində yüngül travmalar belə qan zərdabında mioqlobin miqdarını yüksəldərək kəskin miokard infarktının səhv diaqnozuna səbəb ola bilər. İnfarkt diaqnozu qoymaq və… Ətraflı
12 Okt, 2019

İnfertillik

İnfertillik – reproduktiv dövrdə olan cütlüyün hamiləlikdən qorunmaq üçün hər hansı bir metoddan istifadə etmədən, ən az 1 il mütəmadi cinsi əlaqəyə rəğmən hamiləliyin baş tutmamasıdır. Qadınlarda sonsuzluğu dəyərləndirmək üçün… Ətraflı
Sizə necə kömək edə bilərik?