Məlumatlar

İnsan orqanizmi normada 1qr dəmir depolaya bilir. Bunun böyük hissəsi ferritinlə birləşmiş olur.Ferritin 24 identik alt vahiddən ibarət olub, 3000-4500-ə qədər Fe+3 dəmir atomu tərəfindən əhatəyə alınmış zülaldır. Dəmir ilə birləşməyən ferritinə apoferritin deyilir. Serumdaki ferritin səviyyəsi orqanizmdə dəmir deposunun bir göstəricisidir.

Ferritin səviyyəsinin aşağı olması:
Hipotiroidizm
C vitamini çatışmazlığı
Çölyak xəstəliyi olanlarda
Bəzi vegeterian və veqanlarda müşahidə oluna bilər.

Ferritin səviyyəsinin yüksəlməsi
hemoxromatoz
hemosideroz kimi pozğunluqlarda da marker kimi istifadə olunur.

Ferritin pozitiv kəskin faza zülalıdır. İnfeksiya, maliqnizasiya və anoksiya kimi stress hallarına cavab olaraq konsentrasiyası kəskin dərəcədə artır.

 

12 Okt, 2019

Baktermiya nədir

Baktermiya nədir? Bakteremiya qanda canlı bakteriyaların olmasıdır. Diaqnozu qan kultivasiyasının pozitiv olması ilə qoyulur. Ancaq qan kultivasiyasında inkişafın olması hər zaman infeksiyasının olmasını göstərmir. İnfektiv endokardit və ya infektə intravenoz… Ətraflı
11 Avq, 2019

Troponin I, Troponin T

Troponinlər tropomiozin ilə birlikdə skelet və ürək əzələsinin yığılıb açılmasının tənzimlənməsində rol oynayan struktur proteinlərdir. Troponin T I C-dən ibarət troponin kompleksi aktin və miozinin kalsium vasitəsilə aktivləşməsini təmin edir… Ətraflı
Sizə necə kömək edə bilərik?