Məlumatlar

Troponinlər tropomiozin ilə birlikdə skelet və ürək əzələsinin yığılıb açılmasının tənzimlənməsində rol oynayan struktur proteinlərdir. Troponin

T
I
C-dən ibarət troponin kompleksi aktin və miozinin kalsium vasitəsilə aktivləşməsini təmin edir

Kardioloji troponinlər ürək əzələsi zədələnməsinin həssas və spesifik markerləridir. 2000-ci ildə
European Society of Cardiology/ American College of Cardiology (ESC/ACC) tərəfindən kəskin miokard infarktı diaqnozunda,
ACC/American Heart Association (AHA) tərəfindən isə qeyri-stabil stenokardiya diaqnozu və izlənilməsində standart göstərici kimi qəbul edilmişdir.

Kliniki həssaslığının yüksəkliyi ürək əzələsində digər markerlərə nisbətən yüksək səviyyədə aşkar olunması , sağlam insanlarda isə səviyyəsinin çox aşağı olması ilə əlaqəlidir.

Kəskin miokard infarktı zamanı
Troponin-I
3-6 saat ərzində yüksəlir
14-18 saat ərzində ən yüksək həddə çatır
5-10 günə normal həddə qayıdır

Troponin-T
3-6 saat ərzində yüksəlir
10-48 saat ərzində ən yüksək həddə çatır
10-15 günə normal həddə qayıdır

 

04 Avq, 2019

Bisalbuminemiya

Bisalbuminemiya, anormal molekulyar quruluşa malik albumin bisalbumin adlandırılır. Kliniki olaraq heç bir əhəmiyyəti yoxdur. Fərqli olaraq, elektroforezdə albumin 1 bant əvəzinə 2 bant kimi görünür. Ətraflı
10 Avq, 2019

CK, CK-MB

Hipertrofiyaya məruz qalmış və miokard xəstəliyi olan insanlarda CK-MB izoenzim nisbətinin artdığı bildirilir. CK( kreatin kinaza) : Skelet əzələsi, Ürək əzələsi, Beyin, Prostat Uşaqlıqda olan sitoplazmatik və mitoxondrial fermentdir. Kəskin… Ətraflı
07 Avq, 2019

Krioqlobulin

Krioqlobulin - Qan zərdabı soyudulan zaman dibə çökən zülaldır. Virus hepatitləri (xüsusilə hepatit C) infeksiyon mononukleoz, leykoz, limfoma, makroqlobulinemiya, revmatoid artrit, sistem qırmızı qurd eşənəyi, nefrotik sindrom kimi xəstəliklər zamanı… Ətraflı
Sizə necə kömək edə bilərik?