a

Müəllif haqqları qorunur! Saytdakı materialların istifadəsi (elektron və yazılı formada) qəti qadağandır!

(051) 229-49-80

info@incilab.az
Bakı ş., Bül-Bül pr., 58G,

Son yazılar

* 1113

İş saatları 08:00 - 22:00

Bazar Qeyri-iş günü

(012) 493-80-47/48

info@incilab.az

Mərkəzi Laboratoriya

Bakı ş., Bül-Bül pr., 58G,

E-RANDEVU

Sitomeqalovirus (CMV) infeksiyası

Sitomeqalovirus (CMV) infeksiyası

Sitomeqalovirus (CMV) infeksiyası çox geniş yayılmışdır. Hesab edilir ki, 15-35 yaş qrupunda insanların 50-85% -i bu virus ilə yoluxmuşdur.
İnfeksiya mənbəyi kəskin və latent formalı xəstələrdir.
Virus orqanizmin bütün mayelərində olduğundan qan, ağız suyu, sperma, ana südü və s. vasitəsilə,təmas-məişət, hava-damcı, bəzən isə fekal oral yolla ötürülə bilər. Yoluxma cinsi əlaqə, qanköçürmə, orqanların tranplantasiyası nəticəsində də baş verə bilər.

Hamilə qadınlarda CMV infeksiyası
90%-i asimptomatikdir
Simptomatik hamilələrdə , mononükleosis bənzər simptomlar, hərarət, boğazda yanma, əzələ ağrıları, yorğunluq, ishal, bəzən səpgilər, LAP(limfadenopatiya), farengit əlamətləri müşahidə oluna bilər.
Hamilərdə primer (birincili) infeksiya (0.5%) və reinfeksiya (10%) zamanı dölün bətndaxili yoluxması mümkündür.
Primer (birincili) infeksiyada dölə yoluxma ehtimalı 40% , reinfeksiyada isə dölə yoluxma 0.2%-dır.
Prenatal CMV infeksiyası görülənlərdə 25% fəsadlar inkişaf edə bilir.
Hamiləliyin erkən və gec dönəmində dölə yoluxma faizi eynidir

Yenidoğulan uşaqlarda CMV infeksiyası
90%-i asimptomatikdir
20%-ində mərkəzi sinir sisteminin müxtəlif patologiyaları müşahidə olunur
Eşitmə qabiliyyətinin itirilməsi körpəlik dövründə daha da aşkar hala gəlir
10% hallarda simptomatikdir.Sensorineyronal eşitmə fəsadı, okulyar zədələnmə, motor və koqnitiv funksiyanın pozulması, mental retardasiya, mikrosefaliya, letargiya optik atrofiya, intraserebral kalsifikasiya müşahidə oluna bilər.

CMV infeksiyasının diaqnostikası

2-4-cü həftələrdə Anti-CMV IgM və Anti-CMV IgG səviyyələri pik həddə çatır
Aylar hətta bəzən illərcə Anti-CMV IgM pozitiv qalır
Ömür boyu Anti-CMV IgG pozitiv qalır
Anti-CMV IgM hər zaman primer infeksiyanı göstərmir
Anti-CMV IgG-də 2 həftədən sonra 4 qat artım aktiv infeksiyanı göstərir
Mütləq primer infeksiya diaqnozu üçün Anti-CMV IgG avidlik testi edilməlidir
Amnion mayedə PCR ile virüs DNT aşkar olunması IgM baxılmasından daha üstündür
Bu üsulların heç biri virusun dölü zədələməsini göstərmir
USM müşahidəsi vacibdir

Hamiləliyin Sonlandırılması
Aktiv infeksiyada hamiləliyin sonlandırılmasına göstəriş yoxdur
Prenatal diaqnostika ilə dölda infeksiya yoxdursa hamiləlik davam etdirilir
Hamiləliyin davamında USM ilə dölə nəzarət edilir
Dölda infeksiya bilinərsə, ailəyə risklər haqqında məlumat verilir. Son qərarı ailə verməlidir
İlk trimestrdə fetal fəsad daha çox görülür