Elmi məqalələr

C-reaktiv zülal (CRP)

İlk dəfə 1930-cu ildə kəskin xəstələrin qan zərdabında tapılan Streptococcus pneumoniae’nın hüceyrə divarı C-polisaxaridinə birləşən və orqanizmləri aqqlütinasiya edən maddə kimi təsvir olunmuşdur. Daha sonra C-reaktiv zülal ( CRP ) olaraq adlandırılmış və bir iltihab göstəricisi kimi istifadə olunmağa başlanılmışdır. Miokard infarktı, stres, travma, infeksiya, iltihab, cərrahi və ya neoplastik proliferasiyalardan sonra plazmada səviyyəsi 1000 dəfəyə qədər yüksələ bilən ən güclü kəskin faza zülallarından biridir.

CRP- nin ölçülməsi:
Müxtəlif xəstəliklərin skrininqi
Revmatiod artrit kimi iltihabi xəstəliyin aktivliyinin qiymətləndirilməsi,
Sistem qırmızı qurd eşənəyi, leykoz və ya cərrahi müdaxilələrdən sonra yaranan infeksiyanın müəyyən olunması
Böyrək transplantasiyası olunmuş xəstələrdə orqan rəddinin təqibi
Neonatal septisemiya
Meningitin araşdırılması üçün klinik cəhətdən çox vacibdir.

Yüksək həssaslığa malik CRP ( high sensitive CRP, hsCRP ) də koronar arteriya xəstəliyi və ateroskleroz üçün risk faktoru olaraq istifadə olunur.

 

Elmi məqalələr

Prokalsitonin

Sepsisin diaqnostikasında biomarkerlərə üstünlük verilir. Nəzərə almalıyıq ki, kultivasiya vaxt tələb edir və erkən başlanılmış müalicə ölüm faizini azaldır. Biomarkerlər müalicənin başlanılması və sonlandırılmasında mühüm göstəricidir.

Sepsisin əsas biomarkerlərindən biri prokalsitonindir (PCT). PCT ilk dəfə 1983-cü ildə Staphylococcus aureus-un səbəb olduğu toksik şok sindromunda səviyəsinin yüksəldiyi görülmüşdür. Lakin sepsisin yeni biomarkeri kimi ilk dəfə 1993-cü ildə qəbul olunmuşdur. PCT-nin üstünlükləri:

Sepsis başladıqdan 2-6 saat sonra səviyyəsi yüksəlir

6-12 saata ən yüksək həddə çatır

Yarılanma ömrü 24 saatdır (CRP 72 saatdır)

Bakterial və viral infeksiyaların ayrımını edəbilir

İnfektiv ve noninfektiv SİRS-in ayrımını edəbilir

Neonatal dönəmdə bakterial infeksiyanın erkən dövründə təyin edilməsində faydalıdır

Uşaqlarda sepsisin ciddiyətinin və proqnozunun qiymətləndirilməsində C-reaktiv proteindən (CRP) daha üstündür

İnfeksiyanın bakterial və ya viral olmasının müəyyən olunmasında əsas göstəricilərdəndir

Septik şok keçirən xəstələrdə əhəmiyyətli dərəcədə yüksəlir (>2ng/mL)

Antibakterial müalicə başlamasından sonra 24 saat içində PCT səviyyəsinin 30% enməsi, uyğun antibiotikin başlanmış olduğunu və doğru müalicəinin göstəricisidir

 

Elmi məqalələr

Enterik Adenovirus


Qastroenteritə ən çox səbəb olan enterik adenoviruslar adenovirus tip 40 və adenovirus tip 41, F qrupuna aiddir. Enterik adenovirusların səbəb olduğu xəstəlik rotavirus qastroenteritinə bənzəyir, ancaq daha az ciddi və diareya daha uzunmüddətli olur. İnkubasiya müddəti 3-10 gün olub digər viruslarda olan 1-3 günlük müddətdən daha uzundur. Xəstəlik tipik olaraq 5-12 gün davam edir. Rotavirus infeksiyasına nisbətən dehidratasiya daha az olur.

Enterik adenovirus infeksiyası ən çox 2 yaşdan kiçik uşaqlarda görülür. Adenoviruslar yenidoğulmuşlarda və uşaqlarda kəskin qastroenteritlərin 2-8% -ində, xəstəxanaya gətirilən uşaqların 4-15%-ində görülür. Xəstəxanalarda və uşaq baxçalarında epidemiyalar olduğu bildirilmişdir. Enterik adenoviruslar tip 40 və tip 41 infeksiyaları mövsimi bir xüsusiyyət göstərməyərək, bütün il boyu görülə bilir.

 

Elmi məqalələr

Rotavirus

Rotavirus infeksiyaları 5 yaşdan kiçik uşaqlarda hər il təxminən 500.000 ölümə səbəb olur və 80% -dən çoxu inkişaf etməkdə olan ölkələrdə görülür.

Rotavirus infeksiyaları ən çox 4-24 ay arası uşaqlarda görülür.

Rotavirus infeksiyaları adətən endemikdir. Rotaviruslar infantil qastroenteritin əsas səbəbi olmasına rəğmən uşaq baxçalarında və xəstəxanalarda nadir hallarda epidemiyalara səbəb olur. Xəstəxanaya yatırılan qastroenteritlərin ümumilikdə 20-60%-nin rotavirus səbəb olduğu göstərilmişdir. Rotaviruslar nozokomial infeksiyalara da səbəb ola bilər.

Rotavirus infeksiyalarının 3 mühüm kliniki əlaməti vardır:

  • Qusma
  • Dehidratasiya
  • Diareya

Rotavirusun inkubasiya müddəti 1-3 gün arasında dəyişir.Xəstələrdə qusma ilə ani başlayan əlamətlər sulu və qəhvəyi rəngli ishalla davam edir. Ağır hallarda nəcisin rəngi çox açıq müşahidə oluna bilər. Qusma əlamətləri 1-3 gün, ishal 5-8 günə qədər davam edə bilər.

Digər viral qastroenteritlərdəkinə nisbətən qusma və dehidratasiya rotavirus qastroenteritində daha ciddidir. Təkrarlayan infeksiyalar ola bilər, bütün uşaqlar 5 yaşına qədər rotavirus ilə infektə olur.

 

Elmi məqalələr

A qrupu beta hemalitik streptokok (AQBS) farengitinin diaqnostikası

Yuxarı tənəffüs yolları infeksiyalarının çox rast gəlinən klinik formalarından biri olan faringitlər udlağın bütün hissələrini – udlaq qövslərini, yumşaq damaq və udlağın ağız hissəsini əhatə edir, yaxud da lokal xarakterli olaraq əsasən damaq badamcıqlarının iltihabı-tonzilitlə məhdudlaşır. Faringitlərin əksəriyyəti (~80%) viruslarla – orto və paramiksovirus, adenovirus, Epşteyn-Barr virusu, rinovirus, respirator sinsitial virus, koronavirus, herpes virus ve Koksaki virusu ilə törədilir. Bakterial faringitlərin isə 90%-i Streptococcus pyogenes (A qrupu beta hemalitik streptokok) tərəfindən törədilir.

A qrupu beta hemalitik streptokokların diaqnostikasında əsnək kultivasiyası və sürətli antigen testlərindən istifadə oluna bilər.

 

Elmi məqalələr

Strep A swab testi

A qrupu beta hemalitik streptokokların diaqnostikasında əsnək kultivasiyası və sürətli antigen testlərindən (Strep A swab testi) istifadə oluna bilər.

Sürətli antigen testlərinin həssaslığı 79-90% , spesifikliyi isə 95% olaraq qiymətləndirilir.
Sürətli antigen testləri diaqnoz və müalicə müddətini qısaldır.
Sürətli antigen testləri ilə əldə olunan nəticələrin dəyərləndirilməsi xəstənin yaşına və klinikasına görə dəyişir.
5-15 yaş arası uşaqlar və gənclərdə neqativ olan sürətli antigen testi nəticələrinin əsnək kultivasiyası ilə təsdiqlənməsi lazımdır.
Pozitiv nəticələrin əsnək kultivasiyası ilə təsdiqlənməsinə ehtiyac yoxdur
Yetkin insanlarda sürətli antigen testi neqativdirsə, poststreptokok ağırlaşma riskinin zəif olması səbəbiylə əsnək kultivasiya ilə təsdiqlənməsinə ehtiyac yoxdur, ancaq istənilərsə, oluna bilər.
Sürətli antigen testi və əsnək kultivasiyası birlikdə işləniləcəksə, həssaslığı azaltmamaq məqsədilə hər biri üçün ayrı-ayrı material alınmalıdır, bu məqsədlə bir dəfəyə material almağa əlverişli cüt tamponlu daşıma mühiti istifadə oluna bilir.

 

Elmi məqalələr

Əsnək kultivasiyası

Tək bir əsnək sürüntü materialından işlənilən kultivasiyanın A qrupu beta hemolitik streptokokların aşkarlanması üçün həssaslığı 90-95% olaraq qiymətləndirilir.

A qrupu beta hemolitik streptokok (AQBS) –lar müalicədə ilk seçim olan penisilinlərə qarşı hələ də həssas olduğu üçün əsnək kultivasiyasında AQBS inkişaf etdiyi halda, antibiotiklərə həssaslıq testi işlənilmir.

Penisilin allergiyası olduğu halda eritromisin, xroniki tonzillitdə isə klindamisin müalicədə istifadə olunur. AHT-ləri bu antibiotiklərə qarşı davamlılığın göstərilməsinə ehtiyac olduqda işlənilə bilər.

Müalicədən sonra kontrol kultivasiya olunmalıdırmı?
Müalicədən sonra rutin əsnək kultivasiya və sürətli antigen testinin olunması çox nadir hallar xaric məsləhət olunmur. Sadəcə kəskin revmatik qızdırma yönündən ciddi risk altında olanlar və təkrarlanan, klassik simptomlar ilə müşayiət olunan AQBS faringitli xəstələr üçün məsləhət olunur.

Təmasda olanlarda diaqnostika və müalicə
Streptokokkal kəskin farengiti olan bir xəstə ilə eyni yaşayan asimptomatik təmasda olanlar üçün diaqnostik testlərin olunması və ya profilaktik antibiotik müalicəsi rutində məsləhət olunmur.

Təkrarlanan farengit tutmalarının olduğu bir ailədə ailə üzvlərinin arasında davamlı bir yoluxma olduğu düşünülürsə (pinq ponq effekti), bütün ailə üzvlərinin eyni zamanda alınan əsnək kultivasiyalarında AQBS araşdırıla bilər.

Xəbər

Böyrək funksiyası testləri

Böyrək funksiyası testləri

Böyrəklər orqanizmin bir çox funksiyalarını həyata keçirir. Orqanizmin su-elektrolit balansını təmin edir, yad kimyəvi maddələri və metabolizmin son məhsullarını orqanizmdən kənarlaşdırır, turşu-qələvi balansını, renin-angiotenzin sistemi ilə hüceyrəxarici maye həcmini, eritrositlərin sintezini tənzimləyir, Vitamin D-nin hidroksilləşməsini həyata keçirir.

Böyrək funksiyalarını müəyyən etmək üçün sidik və qan analizləri kimi iki qrup testdən istifadə olunur: sidik analizi, zərdabda Na, K, Cl, HCO3, kreatinin, qalıq azot ( BUN ) səviyyəsi, qan nümunəsində böyrəyin kreatinin klirensi və qlomerulyar filtrasiya sürətinin ( GFR ) hesablanması.

Sidik analizi

Günün istənilən vaxtında alınan sidik nümunəsi birdəfəlik sidik adlanır. Gündəlik analizlər üçün istifadə olunur. Səhər ilkin sidiyə üstünlük verilir çünki, bu porsiyada mikroskopiya elementləri və zülalların konsentrasiyası daha yüksəkdir. Sidikdə eritrositlər, leykositlər, zülal böyrək və sidik yolu xəstəliklərinin əlamətlərinə işarədir. Sidik analizi üçün nümunənin təzə olması çox vacibdir. Sidik analizindən düzgün və etibarlı nəticə əldə edə bilmək üçün sidik toplama üsuluna diqqət etmək lazımdır. Kultivasiya üçün orta porsiya sidik götürülməlidir. Orta porsiya sidiyini soyuducuda altı saat saxlamaq olar. 24 saatlıq sidik təmiz, steril və tünd şüşəli qaba yığılmalıdır. Tünd şüşə olmadıqda sidik qaranlıq yerdə saxlanılmalı və ya şüşənin ətrafı kağızla bağlanmalıdır. Səhər 7.00 və ya 8.00 dan başlayaraq sidiyin ilk hissəsi axıdılmalı, bundan sonrakı bütün sidik növbəti gün eyni saata qədər, son sidik də əlavə olunmaqla yığılmalıdır.

Mikroalbumin

Normal sidikdə zülal təyin oluna bilməyəcək dərəcədə azdır. Ancaq çox həssas metodlarla 150mg/gün -dən çox olmayan proteinuriyanı təyin etmək mümkündür. Hamilələrdə sidikdə zülalın miqdarı 300 mg/günə qədər arta bilər. Lakin sidikdə zülal 3.5qr/gün dən yüksəkdirsə nefrotik sindromdan şübhələnmək olar.

Diabet və ya hipertoniya xəstəliyi olanlarda böyrək xəstəliyini erkən dövrlərdə aşkar etmək üçün ildə bir dəfə sidikdə zülalın (mikroalbumin) miqdarının yoxlanılması vacibdir. Albumin və ya mikroalbumin miqdarı ilə birlikdə kreatinin də ölçüldükdən sonra mikroalbumin/kreatinin səviyyəsi ( albumin/kreatinin səviyyəsi də deyilir) hesablanılır.

Qlomerulyar filtrasiya sürəti ( GFR ), kreatinin klirensi

Böyrəyin süzmə funksiyası azaldıqca, tullantı maddələrin,qalıq azotun qanda səviyyəsi yüksəlir. Böyrəyin əsas funksiyasını yerinə yetirən glomerulalar gələn plazmanı filtrasiya edir, zülalsız hissəni tubulyar sistemə (Bowman aralığına) çatdırırlar. Qlomerulyar filtrasiya sürəti testində məqsəd – zərdabda kreatinin səviyyəsi ilə əlaqəli olaraq hesablanan formul ilə böyrəyin süzmə funksiyasını qiymətləndirməkdir . Kreatinin klirensi : 1 dəqiqədə kreatinindən təmizlənən plazma miqdarıdır. Plazmanın hər hansı bir maddədən təmizlənməsi glomerulyar filtrasiya funksiyasının normal olması ilə əlaqəlidir. Kreatinin klirensi 24 və 12 saatlıq sidiklə ölçülür. Ölçü vahidi ml/dəqiqədir ki, bu bir dəqiqədə təmizlənən kreatinin miqdarı deməkdir.

Sidiyin osmolyarlığı və digər testlər

Sidiyin osmolyarlığı böyrək funksiyalarını yoxlamaq üçün istifadə olunan testlərdən biridir. Yetkinlik yaşında olan insanın 24 saatlıq sidiyinin osmolyarlığı 50-1200 mOsm/kq-dır. Birdəfəlik sidikdə isə bu göstərici 300-800 mOsm/kq-dır. Osmolyarlığa təsir göstərən əsas maddələr ; Na, qlükoza, sidik cövhəridir

Qanda kalsium və fosfor səviyyəsi ölçülə bildiyi kimi serum və sidik elektrolitləri arasındakı mütənasiblik də müəyyən oluna bilir. Qanda kalsium səviyyəsini kontol edən paratiroid (PTH) hormonun səviyyəsi, böyrək xəstəliyində tez-tez yüksəlir. Kifayət qədər kalsium və vitamin D qəbulundan əmin olmaq üçün paratiroid hormonun səviyyəsi yoxlanıla bilər. Qanın ümumi analizinin bir hissəsi olan hemoqlobin miqdarı da yoxlanılır. Çünki böyrəklər eritrositlərin yaranmasına nəzarət edən eritropoetin hormonunu sintez edir.

Don`t copy text!