Məlumatlar

Krioqlobulin

Krioqlobulin – Qan zərdabı soyudulan zaman dibə çökən zülaldır.

Virus hepatitləri (xüsusilə hepatit C)
infeksiyon mononukleoz,
leykoz,
limfoma,
makroqlobulinemiya,
revmatoid artrit,
sistem qırmızı qurd eşənəyi,
nefrotik sindrom kimi xəstəliklər zamanı krioqlobulin testi pozitiv ola bilər.

Məlumatlar

Alfa Fetoprotein (AFP)

Alfa Fetoprotein (AFP) Fetal serumun əsas zülalıdır. Fetal qaraciyər, embrionun öd kisəsi və digər orqanlar tərəfindən sintez olunur. Bəzi patoloji hallarda yetkin insanların serumda aşkar oluna bilər.

Hamiləliyin əvvəlində fetal serumda maksimum həddə çatır
Hamiləlik boyunca getdikcə azalır
Amnion mayesi və ananın qanında AFP-nin ölçülməsi döldə ola biləcək sinir borusu defekti və xromosom anomaliyalarının aşkar olunmasında skrininq testi kimi istifadə olunur

Çoxdöllü hamiləliklər,
Sinir borusu defekti,
Vaxtından əvvəl düşüklər
Döl ölümü kimi hallarda qan zərdabında səviyyəsi yüksəlir.

Fetal trisomiya18 və ya trisomiya 21-də ana qanında AFP səviyyəsi azalır. Bundan başqa AFP hepatosellülar və rüşeym hüceyrəli karsinomalarda xərçəng markeri kimi istifadə olunur.

 

Məlumatlar

Bisalbuminemiya

Bisalbuminemiya, anormal molekulyar quruluşa malik albumin bisalbumin adlandırılır. Kliniki olaraq heç bir əhəmiyyəti yoxdur. Fərqli olaraq, elektroforezdə albumin 1 bant əvəzinə 2 bant kimi görünür.

Məlumatlar

Hipoalbuminemiya

Hipoalbuminemiya qanda olan albumin miqdarının 3.5 g/dL-dən aşağı düşməsidir.

Sintezin azalması
Katabolizmanın artması
Kifayət qədər qəbul olunmaması
İstifadə pozulmalarının nəticəsində meydana çıxır.

Albumin sıntezinin pozulduğu qaraciyər xəstəlikləri və ağır infeksiyalar hipoalbuminemiyaya səbəb ola bilər.Albumin itkisinin artdığı və ya sorulmasının pozulduğu nefrotik sindrom, zülal itkisinə səbəb olan enteropatiyalar, ağır dərəcəli yanıqlar, qanaxmalar, protein malabsorbsiyaları, bədxassəli şişlər, hipotiroidit zamanı da hipoalbuminemiya müşahidə olunur.

 

Məlumatlar

Komplement sistemi

Orqanizmin patogenlərə qarşı müdafiə sisteminin plazma mənşəli tamamlayıcı funksiya göstərən hissəsidir. Anticisim-antigen kompleksi tərəfindən aktivləşdirildiyi üçün belə adlandırılmış və immun sistemin immunoqlobulinlərinə dəstək olur.

Bu zülallar, komplement fraksiyaları adlandırılır.
Qaraciyər
Makrofaq
Monosit
Böyrək
Bağırsaq endotel hüceyrələri kimi müxtəlif hüceyrələrdə sintez olunur.

Komplement fraksiyalarının çoxu proproteazdır. Aktivliyin başlaması ilə sistemin digər üzvlərilə birgə proteolitik aktivlik kaskadı yaradır və qoruyucu son məhsulların sintezini artırır.

Məlumatlar

İmmunoqlobulinlər

Orqanizmin immun sisteminin üç əsas komponenti

? B-limfositlər (B-hüceyrələr)
? T-limfositlər (T-hüceyrələr)
? Təbii immun sistemidir.

B limfositlər əsasən sümük iliyi hüceyrələrindən, T limfositlər isə timusda yaranır. B- limfositlər immunoqlobulinlər kimi tanınan anticisimlərin sintezindən məsuldur. T-limfositlər isə toxuma rəddi, yüksək həssaslıq reaksiyaları, bədxassəli hüceyrələrə və bir çox virusa qarşı müdafiyə kimi immunoloji hadisələrdən cavabdehdir. Təbii immun sistem isə faqositlər, neytrofillər, natural killer və bu kimi digər hüceyrələrlə orqanizmi qeyri-spesifik olaraq infeksiyalara qarşı qoruyur.

İnsan immunoqlobulinləri IgG,IgA,IgM,IgD və IgE olaraq beş sinifdə qruplaşdırılır.

IgM

Antigenlərə ilkin cavab olaraq sintez olunur, komplementi fiksasiya edir
Plasentanı keçmir
B hüceyrələrin səthində antigen reseptorudur

IgG

Ikincili cavabın əsas anticismidir
Bakteriyaları opsonizasiya edərək faqositozu asanlaşdırır
Komplement fiksasiyasını həyata keçirərək bakteriyaları məhv etmə sürətini artırır
Bakteriyal toksin və virusları zərərsizləşdirir
Plasentanı keçir

 

Məlumatlar

Seruloplazmin

Qan zərdabındakı misin 95%-ə qədəri seruloplazminə birləşmiş şəkildə olur.

Seruloplazmin ferroksidaza kimi təsir göstərərək Fe+2 nin Fe+3-ə oksidləşməsini
Dəmirin transferrinə birləşməsini təmin edir

İnfeksiya, bədxassəli törəmələr və travmalar zamanı qanda səviyyəsi yüksəlir.Vilson xəstəliyi zamanı seruloplazminin tərkibinə misin daxil olması pozulur və qanda səviyyəsi aşağı düşür. Gec kəskin faza zülalıdır.

 

Məlumatlar

Albumin

Plazma zülalların əsas fraksiyası olub 50%-dən çox hissəni təşkil edir. Normal yetkin insanlarda serumda albumin miqdarı 35-50g/L ( 3.5-5.0 g/dL )-dir.

Kalsium, bilirubin, yağ turşuları, dərmanlar və steroidləri daşıyır
Onkotik təzyiqi təmin edir, bu yolla hüceyrəxarici maye həcmini stabil saxlayır
Qandakı mayelərin sızmasının qarşısını alır
Kapilyar damarlardan toxumalara su və suda həll olan maddələrin keçməsinə səbəb olan kolloid osmotik təzyiqi tarazlıqda saxlayır
Osmotik təzyiqin 70-80 % -nə cavabdehdir, buna görə də serum albumin səviyyəsinin aşağı düşməsi ilə intravaskulyar maye toxumalara keçir və ödem yaranır.

Məlumatlar

Ferritin test

İnsan orqanizmi normada 1qr dəmir depolaya bilir. Bunun böyük hissəsi ferritinlə birləşmiş olur.Ferritin 24 identik alt vahiddən ibarət olub, 3000-4500-ə qədər Fe+3 dəmir atomu tərəfindən əhatəyə alınmış zülaldır. Dəmir ilə birləşməyən ferritinə apoferritin deyilir. Serumdaki ferritin səviyyəsi orqanizmdə dəmir deposunun bir göstəricisidir.

Ferritin səviyyəsinin aşağı olması:
Hipotiroidizm
C vitamini çatışmazlığı
Çölyak xəstəliyi olanlarda
Bəzi vegeterian və veqanlarda müşahidə oluna bilər.

Ferritin səviyyəsinin yüksəlməsi
hemoxromatoz
hemosideroz kimi pozğunluqlarda da marker kimi istifadə olunur.

Ferritin pozitiv kəskin faza zülalıdır. İnfeksiya, maliqnizasiya və anoksiya kimi stress hallarına cavab olaraq konsentrasiyası kəskin dərəcədə artır.

 

Elmi məqalələr

Kəskin faza reaksiyası (KFR)

İnfeksiya, toxuma zədələnməsi və ya sistemli iltihab zamanı plazma zülallarının qaraciyərdə sintezinin dəyişdiyi, interleykin və digər sitokinlərin də iştirak etdiyi müddət, kəskin faza reaksiyası adlandırılır. Bu cavab iltihaba spesifik deyil.

Kəskin faza reaksiyasında qanda bəzi zülalların səviyyəsi artır, bəzilərininki isə əksinə azalır. Pozitiv ( artan ) kəskin faza zülalları:
C-reaktiv protein (CRP)
Serum amiloid A
Alfa-1 turşu qlikoprotein
Antitrombin III
Seruloplazmin
Ferritin
Fibrinogen
Haptoqlobin
İnterleykinlər
Prokalsitonin

Neqativ (azalan) kəskin faza zülalları:
Albumin
Prealbumin
Retinol bağlayıcı protein
Tiroksin bağlayıcı qlobulin
Transferrin

Don`t copy text!